Azərbaycanın 20 yaşadək sərbəst güləşçiləri İranın Behşehr şəhərində keçirilmiş “Necad Haşimi kuboku” turnirini beş medalla başa vurublar.
Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışın ikinci günündə Azərbaycanın U-20 yığmasının daha üç üzvü fəxri kürsüyə qalxıb.
Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) gümüş, Nurlan Ağazadə (70 kq) isə bürünc mükafata sahib çıxıb.
7 ölkənin təmsil olunduğu turnirdə komanda hesabında İran birinci, Hindistan ikinci, Azərbaycan isə üçüncü yeri tutub.
Qeyd edək ki, ilk yarış günündə Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medal qazanıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.