Vladislav Lisovetslə “Danışaq?” proqramı: Bakı mənim zövqümü, tərzimi və həyata münasibətimi formalaşdırdı

Jurnalist Həmid Həmidov “Danışaq?” proqramının yeni buraxılışında növbəti video müsahibəni təqdim edib.

“Report” xəbər verir ki, podkastın qonağı Rusiyanın tanınmış stilisti, moda eksperti, bakılı Vladislav Lisovets olub.

Məlumata görə, o, Bakıda keçirdiyi uşaqlıq və gənclik illəri haqqında xoş xatirələrini aparıcı ilə bölüşüb.

Stilist vurğulayıb ki, “küləklər şəhəri” onun həyatında xüsusi yer tutur, çünki o, 23 yaşına kimi məhz burada yaşayıb.

Podkast zamanı V.Lisovets Bakıda müşahidə etdiyi dəyişikliklərdən danışıb, bu şəhərin onun gözəllik və tərz anlayışına necə təsir etdiyini bölüşüb, Azərbaycan paytaxtının əsas üstünlüyünü vurğulayıb və Bakının dünya modasının mərkəzlərindən birinə çevrilə bilib-bilməyəcəyi barədə düşüncələrini paylaşıb.

Şəxsi məsələlərdən danışan V.Lisovets özünü arzuolunmaz uşaq hesab etməsinin səbəblərini səmimi şəkildə açıqlayıb, həyat kredosu və onkoloji xəstəliklə mübarizəsindən bəhs edib.

Podkastın dinləyiciləri həmçinin stilistdən fərdiliyi qorumaqla dəbli qalmağın, müştərilər üçün obrazların düzgün seçilməsi barədə dəyərli məsləhətlər alacaq, eləcə də moda sənayesindəki əsas dəyişikliklər və qarşıdan gələn yay və payızın aktual trendləri haqqında onun firkirlərini eşidəcəklər.

Bundan əlavə, V.Lisovets həqiqətən yaşamağın nə demək olduğu, xoşbəxtliyin nədən ibarət olduğu və 53 yaşında gəldiyi əsas qənaətlə bağlı baxışını bölüşüb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More