Meksika Hərbi Dəniz Qüvvələrinin qayığı Bruklin körpüsünə çırpılıb

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus, içərisində təxminən 200 nəfərin olduğu yelkənli gəmi Nyu-Yorkda (ABŞ – red.) Bruklin körpüsü ilə toqquşub.

“Report” xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində zərərçəkənlər var, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Təcili yardım xidmətləri dənizə düşən olub-olmadığını yoxlayır. Hadisə nəticəsində xəsarət alanların sayı barədə hələlik məlumat yoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More