“Bavariya”nın futbolçusu Premyer Liqaya qayıda bilər

Almaniya təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Leroy Sane İngiltərə Premyer Liqasına qayıda bilər.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu hazırkı klubunun ona təklif etdiyi yeni müqavilənin şərtlərindən narazıdır.

Sane ilə “Nyukasl” kollektivi yaxından maraqlanır. Almaniyalı futbolçunun hazırkı sözləşməsi yayda başa çatacaq.

Qeyd edək ki, o, daha əvvəl Premyer Liqada çıxış edib. Sane 2016-2020-ci illərdə “Mançester Siti”nin şərəfini qoruyub. Oyunçu 2020-ci ilin yayından “Bavariya”nın formasını geyinur. Sane bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More