Nigeriyada bərə qəzası nəticəsində 37 nəfər ölüb

Nigeriyanın cənub-qərb hissəsində Niger çayında bərənin qəzaya uğraması nəticəsində azı 37 nəfər boğulub.

“Report” xəbər verir ki, bu barədə “Cable” portalı məlumat yayıb.

Bildirilib ki, hadisə Kvara ştatının Qbaciqbo yaşayış məntəqəsində baş verib. İlkin məlumatlara görə, gəmi həddindən artıq yüklənmə səbəbindən batıb.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More