Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda müstəqil, avropayönlü namizəd, paytaxt meri Nikuşor Dan səslərin 54,17 faizini, onun rəqibi, “Rumınların Birliyi Uğrunda Milli Alyans”ın lideri George Simion isə 45,83 faiz səs toplayıb.
“Report”un xəbərinə görə, bu nəticələr bülletenlərin 98,56 faizi hesablandıqdan sonra Daimi Seçki Administrasiyasının saytında dərc olunub.
Rumıniya mətbuatı Danı seçkinin qalibi elan edib, hazırda 850 000 səsin sayılması qalır, namizədlər arasında mövcud fərq 898 000 səsdir.
Danın bir neçə min tərəfdarı onun seçki qərargahının qarşısında toplaşaraq “Nikuşor!” “Avropa!” “Rumıniya!” qışqırırlar. Rumıniyanın gələcək prezidentinin çıxış edəcəyi gözlənildiyi üçün paytaxtın mərkəzindəki Yelizabet bulvarında nəqliyyatın hərəkəti bağlanıb.
Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda Buxarestin meri, Avropayönlü müstəqil namizəd Nikuşor Dan 54,1 % səs toplayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Şəhər və Regional Sosiologiya Mərkəzinin (CURS) keçirdiyi “exit-poll”un məlumatları göstərir.
Sorğuya əsasən “Rumınların Milli Birliyi Uğrunda” Alyansın lideri George Simion 45,9 % səs qazanıb. “Avanqard” Sosial Davranış Tədqiqat Qrupunun keçirdiyi digər “exit-poll” nəticələrinə görə, Dan 54,9 %, Simion isə 45,1 % səs toplayıb.
Seçici fəallığı 64,39 faizini təşkil edib.
“Bugünkü (dünənki-red) seçkiləri Rumıniyada köklü dəyişikliklər istəyən rumınlar birliyi qazandı”, – Dan “exit-poll”un nəticələri məlum olduqdan sonra deyib. “Bu, funksional dövlət institutları, korrupsiyanın azaldılması, rumınlar üçün firavan iqtisadi mühitdir, nifrət deyil, dialoq cəmiyyəti istəyən cəmiyyətdir”, – o əlavə edib.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.