Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Tacikistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

“Report”un Düşənbəyə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycanı təmsil edən nümayəndə heyəti artıq Tacikistan paytaxtına çatıb.

Mayın 22-dək davam edəcək tədbirlərdə Azərbaycanın mədəniyyət tarixini özündə əks etdirən zəngin proqram nümayiş olunacaq.

Proqramın açılış mərasimi ilə bağlı qala konsert mayın 20-də baş tutacaq.

Tədbirlər və konsert proqramları Düşənbə ilə yanaşı, Danqara şəhərində də olacaq.

Xatırladaq ki, Azərbaycanda Tacikistan Mədəniyyət Günləri ilk dəfə 2007-ci ildə, Tacikistanda isə Azərbaycan Mədəniyyəti Günləri 2008-ci ildə keçirilib.

Sonuncu dəfə 2024-cü ilin mayında Bakı və Gəncə şəhərlərində Tacikistan Mədəniyyəti Günləri təşkil olunub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More