Cənubi Koreya prezidentliyinə namizədlərdən biri geri çəkilib

Cənubi Koreya prezidentliyinə yeddi namizəddən biri olan Ku Cu Va namizədliyini geri götürdüyünü və mühafizəkar “Vətəndaş Gücü” partiyasının nümayəndəsi Kim Mun Sunu dəstəkləyəcəyini bəyan edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Azadlıq və Birlik Partiyasından bildirilib.

Qeyd edək ki, Azadlıq və Birlik Partiyası bəzən ultra-sağçı adlandırılır və parlamentdə deputatları yoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More