Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatında uğurlu çıxış edərsə yığma üzvlərinə mükafat paylanacaq.
“Report” xəbər verir ki, bu barədə Bakıda keçiriləcək Minifutbol üzrə dünya çempionatına həsr olunan mətbuat konfransında Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov bildirib.
Federasiya rəsmisi futbolçulara veriləcək məbləği açıqlamayıb:
“Təbii ki, sözügedəb mükafatın məbləğini açıqlaya bilmərik. Lakin artıq baş məşçi Elşad Quliyev bu barədə məlumatlıdır və futbolçulara öz sözünü çatdırıb. İnanırıq ki, qələbə bizimlə olacaq”.
Qeyd edək ki, dünya çempionatı 21 may – 1 iyun aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.