İsrailin bir gecədə Qəzzaya hücumu nəticəsində 43 nəfər ölüb

Çərşənbə axşamı İsrail ordusunun hava hücumları və Qəzza zolağının müxtəlif bölgələrini atəşə tutması nəticəsində azı 43 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

İsrail ordusu Qəzza şəhərinə və Fələstin anklavının mərkəzi hissəsinə ən güclü hücumunu həyata keçirib.

Telekanal qeyd edib ki, bazar ertəsi Qəzza zolağının atəşə tutulması nəticəsində ümumilikdə 126 nəfər həlak olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More