Azərbaycan və ABŞ universitetləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Elm və Təhsil Nazirliyi və ADA Universitetinin nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

Bildirilib ki, ABŞ universitetləri ilə akademik əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

“Məhsuldar dialoq innovasiya və bilik mübadiləsini təşviq etmək üçün təhsil mübadilələri, birgə tədqiqatlar və uzunmüddətli tərəfdaşlıqlara yönəldilib”, – paylaşımda vurğulanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More