Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) üzv ölkələri Cenevrədə keçirilmiş 78-ci Ümumdünya Səhiyyə Assambleyasında təşkilatın 2026-2027-ci illər üçün 4,2 milyard dollar məbləğində azaldılmış büdcəsini qəbul ediblər.
“Report” TASS-a istinadən xəbər verir ki, ilkin büdcə layihəsi 5,3 milyard dollar təşkil edirdi.
Bu ilin başlanğıcında, Vaşinqtonun maliyyələşdirmədən gözlənilən vazkeçməsi nəzərə alınaraq, büdcə 21 % azaldılıb. ABŞ rəsmi olaraq 22 yanvar 2026-cı ildən təşkilatın üzvü olmayacaq.
Xatırladaq ki, mayın 1-də ÜST-ün inzibati və maliyyə təminatı üzrə baş direktorunun köməkçisi Raul Tomas növbəti iki illik dövr üçün əməkhaqqı büdcəsinin 25 %-nin hələ də bağlanmadığını bildirib. Onun sözlərinə görə, təşkilatda ixtisarlar olacaq, lakin bunların dəqiq miqyasını proqnozlaşdırmaq hələlik çətindir.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.