ABŞ “Taliban”ı terror təşkilatları siyahısına daxil etməyi düşünür

ABŞ Dövlət Departamenti Əfqanıstan “Taliban” hərəkatını terror təşkilatları siyahısına əlavə etməyi düşünür.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində deyib.

“Bizim onların təyinatı ilə bağlı verəcəyimiz bir sıra qərarlarımız var ki, nəticədə Əfqanıstanla bağlı gələcək siyasətimizin nə olması barədə vahid yanaşmaya əsaslanacaq. Biz onların kim olduqları və keçmişdə nə etdikləri barədə bilirik. “Əl-Qaidə” və ölkədəki digər elementlər məsələsində onlardan daha çox əməkdaşlıq görmək istərdik”, – Rubio əlavə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More