Vaşinqtonda atəş açmaqda şübhəli bilinən şəxs saxlanılıb – YENİLƏNİB

Kolumbiya dairəsinin Vaşinqton polisi yəhudi muzeyi yaxınlığında atəş açmaqda şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi yazıb.

Qeyd edək ki, hadisə nəticəsində İsrail səfirliyinin iki əməkdaşı həlak olub.

Şəhər polis rəisi Pamela Smitin sözlərinə görə, həlak olan diplomatlar kişi və qadın olub. Onlar muzeydə keçirilən tədbirdən çıxarkən 30 yaşlı şübhəli şəxs atəş açıb. P.Smit bildirib ki, həbs zamanı saxlanılan şəxs “Azad Fələstin!” şüarı səsləndiririb.

Agentliyin yazdığına görə, ABŞ-nin Baş prokuroru Pem Bondi artıq cinayət yerinə baş çəkib.

ABŞ Prezidenti Donald Tramp “Truth Social”da V Vaşinqtondakı atışmanı “antisemitizmə əsaslanan” akt adlandırıb.

08:07

ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb.

“Report” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Bundan əvvəl ABC telekanalı Vaşinqtonda Paytaxt Yəhudi Muzeyi yaxınlığında baş verən atışmada iki nəfərin, o cümlədən İsrail səfirliyinin əməkdaşının öldüyünü bildirib.

“İsrail səfirliyinin iki əməkdaşı bu gecə (yerli vaxtla – red.) Vaşinqtondakı Yəhudi Muzeyinin qarşısında öldürülüb. Biz fəal şəkildə araşdırırıq və əlavə məlumat əldə etmək üçün çalışırıq”, – Noem yazıb.

O, həmçinin cinayətkarı məsuliyyətə cəlb edəcəyinə söz verib.

İsrailin BMT-dəki səfiri Denni Danon özünün “X” sosial media səhifəsində hücumu “anti-semit terrorizmin alçaq aktı” adlandırıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More