Möminə xatun türbəsi bərpa olunacaq

Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla abidədə bərpa və konservasiya işlərinin aparılması üçün Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More