İsrail Müdafiə Ordusu Qəzza zolağının şimal hissəsinin sakinlərini cənuba təxliyə etməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Avixay Adrai sosial şəbəkələrdə bildirib.
“İsrail Müdafiə Ordusu sizin olduğunuz ərazilərdə fəal əməliyyatlar aparır, çünki terror təşkilatları orada öz fəaliyyətlərini davam etdirirlər”, – o yazıb.
A.Adrai sakinləri dərhal cənuba təxliyə etməyə çağırıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.