Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.
“Report” xəbər verir ki, bu gün “Neftçi” İK-nı 6:2 hesabı ilə üstələyən “Araz-Naxçıvan” titula sahib çıxıb.
Komanda 19-cu dəfə Azərbaycan çempionu olub.
“Araz-Naxçıvan” 19 turdan sonra 49 xalla liderdir. İkinci sıradakı “Neftçi” İK-nın 43 xalı var.
“Qırmızı-ağlar” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.