Linkolnun qana bulaşmış əlcəkləri hərracda 1,5 milyon dollara satılıb

ABŞ-nin XXI prezidenti Abraham Linkolnun öldürüldüyü gün teatra geydiyi ağ dəri əlcəkləri hərracda 1,5 milyon dollara satılıb.

“Report”un xəbərinə görə, bu barədə “Friman’s-Hindman” hərrac evi məlumat yayıb.

Qeyd olunub ki, o, bu əlcəkləri 1865-ci il aprelin 14-də ona sui-qəsd edilən Ford Teatrına geyinib.

Linkolnun ölümündən sonra onun cəsədi yarılma üçün Ağ Evə aparılıb və cibində əlcək olan palto ailəsinə verilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More