Ağdamdan məcburi köçkün düşəndə doqquz yaşım var idi, o zamanlar mənim uşaqlıq illərimə təsadüf edib. Bu gün böyük qürur hissi ilə Kəngərli kəndinə qayıdıram.
“Report” xəbər verir ki, bu sözləri Ağdamın Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Könül Ağayeva deyib.
O, qeyd edib ki, həyatının unudulmaz günlərindən birini yaşayır:
“Çox sevincliyəm. Qürur hissi, həyəcan keçirirəm. Bu xoş günləri bizə yaşadan Prezidentimizə minnətdarlığımı bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbir diləyirəm. Onlar Vətən uğrunda şəhid oldular”.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.