Latviya, Litva və Estoniyanın müdafiə nazirləri Estoniyanın Amari aviabazasında keçirilmiş görüşdə ölkələrinin hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bunu Estoniya müdafiə naziri Hanno Pevkur deyib.
“NATO-nun Haaqa sammiti ərəfəsində latviyalı və litvalı həmkarlarımızla bugünkü görüşün ən mühüm mövzusu, təbii ki, müdafiə xərcləridir. Estoniyanın 2026-2029-cu illər ərzində müdafiəyə illik töhfəsi təxminən 5,4 % olacaq. Latviya və Litva ilə birlikdə NATO-nun bütün müdafiə xərclərinin artırılmasına inanırıq. ÜDM-in 5 %-i müdafiə xərclərini artırmaqla yanaşı, ölkələrimizin müdafiə qabiliyyətini təmin etmək üçün Avropa İttifaq və üzv dövlətlər səviyyəsində, məsələn, Avropa İttifaqının Ümumi Kredit Mexanizmi vasitəsilə müdafiə sənayesinə sərmayələrə xüsusi önəm veririk”, – “Postimees” Pevkurun sözlərindən sitat gətirib.
NATO-nun Baş katibi Mark Rütte müdafiə xərclərinin ÜDM-in 5 %-ə qədər artırılmasını təklif edir. Ehtimal olunur ki, 3,5 faiz birbaşa hərbi xərclərə, qalan 1,5 faiz isə müharibə dövründə istifadə oluna biləcək infrastruktur obyektlərinin tikintisinə yönəldiləcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.