ABŞ Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketini 180 günlük müddətə ləğv edib

ABŞ dövlət katibi Marko Rubio Suriyaya 2019-cu ildə tətbiq edilmiş sanksiya paketinin ləğvi haqqında sənədləri imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin məlumatında deyilir.

Sənəddə bildirilib ki, söhbət “Sezar qanunu” çərçivəsində qəbul edilmiş sanksiyalardan gedir. Bu istisnalar sanitariya vəziyyətinin və elektrik və su təchizatı vəziyyətinin yaxşılaşdırılmasına kömək edəcək. “Bugünkü addımlar ABŞ Prezidenti Donald Trampın Suriya və Birləşmiş Ştatlar arasında yeni münasibətlər konsepsiyasının həyata keçirilməsində ilk addımdır. Prezident Tramp Suriya hökumətinə həm Suriya daxilində, həm də qonşuları ilə münasibətlərində sülh və sabitliyə töhfə vermək şansı verir”, – Rubio qeyd edib.

“Prezident yardımın göstərilməsindən sonra Suriya hökumətinin mühüm siyasi prioritetlər üzrə sürətli hərəkətləri ilə bağlı gözləntilərini aydın şəkildə ifadə edib”, – ABŞ dövlət katibi vurğulayıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More