Ukraynanın 30 şəhər və kəndinə hava hücumu olub, yaralılar arasında azərbaycanlı da var – YENİLƏNİB

Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya qarşı həyata keçiridiyi hava hücumu nəticəsində azərbaycanlı fəal, müharibə müddətində humanitar aksiyalarda fəal olan Şamxal Quliyev də xəsarət alıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, o, Şevçenko rayonunda yerləşən evinin yaxınlığında dron düşməsi nəticəsində yaralanıb.

Bildirilir ki, yaralıların böyük əksəriyyəti Kiyevin mərkəzi Qolosevskiy və Şevçenko rayonu ərazisindədir.

Son məlumata görə, hücumlar nəticəsində 10-dan çox şəxs ölüb, 30-dan çox yerli sakin yaralanıb.

Qeyd edək ki, Ş.Quliyev əslən Azərbaycanın Zaqatala rayonundandır, 20 ilə yaxındır ki, Ukraynada yaşayır.

12:17

Rusiya PUA və çoxsaylı raketlərdən istifadə edərək Ukraynaya hava hücumu həyata keçirib.

Bu barədə “Report” Ukrayna Hərbi Hava Qüvvələrinə istinadla məlumat yayıb.

Məlum olub ki, Rusiya hücumda 9 ədəd “İskəndər-M-KN-23” ballistik raketi, 55 ədəd Kh-101 və Kalibr qanadlı raketi, Qara dəniz üzərində Tu-22M3-dən 1 ədəd X-22 raketi, Şimal istiqamətindən taktiki təyyarələrdən 4 ədəd Kh-59/69 idarə olunan raketdən istifadə edib.

Qeyd olunub ki, raket və PUA-ların bir çoxu zərərsizləşdirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukraynanın paytaxt Kiyev də daxil olmaqla, 30 şəhər və kəndinə ziyan dəyib.

Son məlumata görə, hücumlar nəticəsində 10-dan çox şəxs ölüb, 30-dan çox yerli sakin yaralanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More