Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş bayraqqaldırma aksiyası keçirilib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Torontodakı baş konsulluğu yayıb.
“Azərbaycan – Kanada icması ilə birlikdə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü Kanadalı Azərbaycanlılar Şəbəkəsi tərəfindən təşkil edilmiş bayraqqaldırma aksiyası ilə qeyd etdik”, – diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında bildirilib.
Tədbirdə Türkiyənin Torontodakı baş konsulu Can Yoldaş da iştirak edib.
Mənbə: Report.Az

Comments are closed.