Qətər Media Mərkəzinin direktoru: İslamla bağlı məlumatlar süni intellekt sistemlərinə də yüklənilməlidir

Süni intellekt insanlara məlumatlılığı artırmaq istiqamətində böyük imkanlar tətbiq edir, ancaq onun sistemi doğru məlumatlarla təmin olunmalıdır.

“Report” xəbər verir ki, bunu Qətər Media Mərkəzinin direktoru Eimam Əl-Kaabi Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Mediada və rəqəmsal məkanlarda islamofobiya: Süni intellekt sistemləri islamofob qərəzləri necə gücləndirə bilər” mövzulu panel sessiyasında deyib.

O qeyd edib ki, yalan informasiyalar səbəbilə süni intellekt islamofob məlumatların yayılmasına, qərəzli fikirlərin daha da dərinləşməsinə səbəb ola bilir:

“Nəticədə müsəlmanlar haqqında kəskin fikirlər formalaşır. Çox zaman müsəlmanlar mediada mənfi istiqamətdə təmsil olunur, geri düşüncənin daşıyıcısı kimi göstərirlər, süni intellekt hesabına bu yalan məlumatlar daha geniş auditoriyaya çatdırılır. Bunun qarşısını almaq üçün islamla bağlı ətraflı məlumat süni intellekt sistemlərinə də yüklənilməlidir. Belə olan təqdirdə qərəz aradan qalxar və müsəlmanlara qarşı nifrət ritorikası azalar”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More