Argentina millisi Bakıdakı dünya çempionatını xalsız başa vurub

Argentina millisi Bakıda keçirilən minifutbol üzrə dünya çempionatını xalsız başa vurub.

“Report”un məlumatına görə, Cənubi Amerika təmsilçisi G qrupunun III turunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) komandası ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma asiyalıların qələbəsi ilə yekunlaşıb – 4:1.

Hər iki kollektiv mundialla vidalaşıb. BƏƏ üç xalla üçüncü yeri tutubsa, bütün görüşlərdə uduzan Argentina qrup sonuncusu olub.

G qrupunun Çexiya – Gürcüstan qarşılaşması saat 18:15-də başlayacaq. Bu matç qrupda ilk pillənin sahibini müəyyənləşdirəcək. Hər iki yığmanın altı xalı var.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

Foto: Mircavid Eminoğlu

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More