Dünya çempionatı: Qazaxıstan Bakıda ABŞ millisini məğlub edib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin III turunda daha bir matç keçirilib.

“Report” xəbər verir ki, F qrupunda Qazaxıstan millisi ABŞ-ni məğlub edib.

Milli Gimnastika Arenasında baş tutan görüş yığmanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla belə hər iki seçmə komanda mübarizəni dayandırıb.

Bu qrupda yer alan Bosniya və Herseqovina və Polşa yığmaları pley-off mərəhləsinə yüksəliblər.
 

Foto: Vüqar Xanlarov

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More