Kəngərli kəndi sakini: Kəndimizdə əkin-biçinlə məşğul olacağam

Kəndimizdə əkin-biçinlə məşğul olacağam.

Bunu “Report”a Ağdam rayonunun Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Rahilə Poladova deyib.

R.Poladova doğma yurduna qayıtmasına şərait yaratdığına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

“Mən Ağdam rayonunda doğulmuşam. Ailə qurub, Kəngərli kəndinə köçmüşəm. Kəndimiz çox gözəldir. Təsərrüfat üçün hər cür şərait var, torpağı münbitdir. Ağaclar, gül-çiçəklər əkəcəyik, ev heyvanları saxlayacağıq”.

O, sonda şəhidlərə rəhmət diləyib, qazilərimizə uzun ömür arzulayıb.

Qeyd edək ki, Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 50 ailə – 207 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Beləliklə, bu gün baş tutan köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə (694 nəfər) köçürülüb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More