Keçmiş məcburi köçkün: Kəngərliyə qayıdış gününü çoxdan arzulayırdıq

Bu günü çoxdan arzulayır, gözləyirdik. Allah Prezidentimizin canını sağ eləsin.

Bunu “Report”a Ağdam rayonunun Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Qara Səmədov deyib.

“Nəhayət uzun illərdən sonra öz kəndimizə qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Kəngərliyə oğlum, gəlinim, nəvələrimlə birlikdə qayıdıram”, – Q.Səmədov əlavə edib

“Mənim ən böyük arzum həm də Şuşanı görmək, dünyasını dəyişən doğmalarımızın məzarlarını ziyarət etmək, kəndimizi, oxuduğum məktbi görməkdir”, – o, fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 48 ailə – 206 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More