Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycanın çimərlik güləşçiləri sabah Xorvatiyanın Poreç şəhərində yeniyetmə (U15, U17) və gənclər (U20) arasında start götürəcək Avropa çempionatında iştirak edəcəklər.

Bu barədə “Report”a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İki gün davam edəcək yarışın ilk günündə yeniyetmələr, ikinci günündə isə gənclər arasında qaliblər müəyyənləşəcək.

Qitə birinciliyində ölkəmiz U17 yaş qrupunda təmsil olunacaq. Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ayxan Quliyev, Rəşid Nazarov (hər ikisi 60 kq), Ruslan Vəliyev (70 kq) və Nihad Süleymanlı (80 kq) uğur qazanmağa çalışacaq.

Laquna çimərliyində keçiriləcək yarış Bakı vaxtı ilə 12:00-də başlayacaq. Gündüz seansında qrup mərhələsinin görüşləri keçiriləcək. 19:00-dan etibarən isə medallar uğrunda qarşılaşmalar baş tutacaq.

Avropa çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More