Laçın sakini: Yurdumuza dönmək uzun bir ayrılıqdan sonra evə qayıtmaq kimidir

Laçına dönmək elə bil uzun bir ayrılıqdan sonra evə qayıtmaq kimidir.

“Report” xəbər verir ki, bunu keçmiş məcburi köçkün Xatirə Quliyeva Laçın rayonunun Bəylik kəndinə yola düşməzdən əvvəl deyib.

“Duyğularımı tam ifadə edə bilmirəm. Çoxdan bəri gözlədiyimiz gün gəlib çatdı. İllərdir xəyalını qurduğumuz torpağa qayıdırıq. Bu, sadəcə köç deyil, həyatımıza qayıdışdır”, – o bildirib.

O əlavə edib ki, illər sonra kəndin torpağına ayaq basmaq, o torpağın qoxusunu yenidən almaq onun üçün hər şeydən dəyərlidir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More