Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
“Report” xəbər verir ki, “Peyğəmbər gecə yuxusunda şaman işığı görüb” adlı buraxılışda Dünya Türkologiya Mərkəzinin sədri, tarix elmləri doktoru Güllü Yoloğlu türk şamanizmindən söz açıb.
O bildirib ki, türk şamanizmi digərlərindən fərqlənirdi. Şaman vergi almaq üçün ağır yol keçir. Şamanlar ağır yolda psixiki pozuntu yaşayıb, dəli olurlar. Peyğəmbər gecə yuxusunda şaman işığı görüb. Dədə Qorqud əslində şaman idi. Şamanizm bu gün Azərbaycanda yaşayır.
Onun sözlərinə görə, Dədə Qorqud qoca yox, çox cavan şəxs olub: “Dədə Qorqud içəri girəndə Dəli Qacar yerindən durmayıb. Dədə Qorqud dastanının 1300 illiyini qeyd etmək düzgün deyil.
Araşdırmaçı deyib ki, insan təkliyə çəkiləndə üçüncü gözünü aça bilər: “Qədim dövrdə insanlar xəstələnib ölmürdülər. Yaşlı insanlar cəmiyyət üçün yük idi”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Mənbə: Report.Az
Comments are closed.