A Seriyası təmsilçisi yeni baş məşqçisinin adını açıqlayıb

İtaliya A Seriyası təmsilçisi “Latsio” yeni baş məşqçisinin Mauritsio Sarri olduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, bu postda Marko Baronini əvəzləyib.

Qeyd edək ki, 66 yaşlı mütəxəssis 2021-2024-cü illərdə Roma kollektivini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümünü ikinci pillədə başa vurub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More