80 il ərzində bu vəzifəyə seçilən cəmi beşinci qadın olaraq yaxşı anlayıram ki, əgər qadınlar – yəni əhalinin yarısı – qərarvermə masasında bərabər təmsil olunmasa, davamlı inkişaf mümkün deyil.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Almaniyanın sabiq xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçildikdən sonra keçirdiyi ilk mətbuat konfransında deyib.
Yeni prezident çıxışında bildirib ki, fəaliyyət müddətində BMT-yə üzv olan 193 dövlətin hər birinin maraqlarına hörmətlə yanaşacaq və dialoqla, qarşılıqlı etimada əsaslanan bir rəhbərlik nümayiş etdirəcək:
“BMT-nin gündəlik həyatımıza real və pozitiv təsir göstərməsi üçün bütün gücümlə çalışacağam. Təşkilat 21-ci əsrin çağırışlarına cavab verməlidir. Bu məqsədlə islahatlara ehtiyac var və etibarlı, dayanıqlı maliyyələşmə təmin olunmalıdır”.
Berbok, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsini və BMT-nin inklüziv, hər bir insanı təmsil edən qlobal qurum kimi möhkəmləndirilməsinin əsas prioritetlərindən biri olacağını vurğulayıb.
Mətbuat konfransında o, BMT Baş Assambleyasının 80-ci sessiyasının mühüm vəzifələrindən birinin növbəti BMT Baş katibinin seçilməsi olduğunu da diqqətə çatdırıb. Berbok bu prosesin şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb və qadın namizədlərin dəstəklənməsinə dair çağırışlara toxunub.
Mənbə: Report.Az
Comments are closed.