İngiltərənin “Çelsi” klubu Ceydon Sançonun transferi ilə bağlı razılığa gələ bilməyib.
“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat paylaşıb.
İngiltərə klubu 25 yaşlı futbolçu ilə maaş məsələsində hələ də anlaşa bilmir. Tərəflər arasında danışıqlar davam edir. Yekun qərar qərarın yaxın bir neçə gün ərzində veriləcəyi bildirilir. Müqavilə şərtləri razılaşdırılmasa, futbolçu “Mançester Yunayted”ə qayıdacaq.
Qeyd edək ki, “Çelsi” 2024-cü ilin avqustunda C.Sançonu icarəyə götürüb. O, London klubunun heyətində 41 oyun keçirib, beş qola və 10 məhsuldar ötürməyə imza atıb.
Mənbə: Report.Az
Comments are closed.