Xronika: Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

“Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə olub.

O, soydaşlarımızın problemlərinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək üçün ölkəmizin hüdudlarından kənarda Qərbi Azərbaycan mövzusunda keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, bu cür fəaliyyətlərlə Azərbaycan xalqına qarşı zaman-zaman ermənilər tərəfindən törədilmiş soyqırımı və deportasiyalar konkret faktlarla, elmi əsaslarla geniş auditoriyaya çatdırılır.

Millət vəkilinin sözlərinə görə, Qərbi Azərbaycan İcması təmsilçilərinin iştirakı ilə indiyə kimi bir neçə xarici ölkədə bu istiqamətdə tədbirlər baş tutsa da ötən ay Türkiyənin paytaxtı Ankarada keçirilən beynəlxalq konfrans iştirakçı sayına və gündəlikdəki mövzuya görə tamamilə fərqlənib. Belə ki, Türkiyədən 250-ə yaxın iştirakçının, o cümlədən Türkiyə Böyük Millət Məclisi (TBMM) üzvlərinin, dövlət qurumları nümayəndələrinin, universitet rektorlarının, elm və iş adamlarının, qeyri-hökumət təşkilatlarının və media mənsublarının qatıldığı konfransda “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda geniş müzakirələr aparılıb. Beynəlxalq konfransda Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı film nümayiş etdirilib, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev tərəfindən Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciəti oxunub.

Deputat, həmçinin qeyd edib ki, Türkiyədə Qərbi Azərbaycan məsələsinə ikili münasibət var.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ətraflı süjetdə:

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More