Ermənistan MTX direktoru: Bakı ilə itkin düşmüş şəxslərin birgə axtarışı üzrə ilkin razılıq var

Azərbaycan və Ermənistanın müvafiq strukturları keçmiş Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə yönəlmiş birgə axtarış işlərinin aparılması barədə ilkin razılıq əldə ediblər.

“Report” xəbər verir ki, bu barədə iyunun 4-də Ermənistan parlamentində brifinq zamanı Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan iki ölkənin itkin düşmüş şəxslər üzrə komissiyalarının görüşünün nəticələri barədə danışarkən bildirib.

“Bəli, görüş baş tutdu, bu, artıq ikinci görüşdür. İtkin düşmüş şəxslərin taleyi və mümkün axtarış işləri müzakirə olundu. Bu işlərin daimi xarakter daşıyacağı barədə ilkin razılıq var. Mən bu görüşü müsbət hesab edirəm”, – MTX direktoru deyib.

A.Abazyan vurğulayıb ki, nəticənin nə vaxt olacağını dəqiq söyləmək mümkün deyil, amma bu istiqamətdə hər şey edilir.

Qeyd edək ki, bu gün Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More