İngiltərə Premyer Liqası təmsilçisi “Aston Villa” futbolçusu Tayron Minqzlə müqavilə müddətini uzadıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 32 yaşlı futbolçu ötən mövsüm “Aston Villa”nın heyətində 22 oyuna çıxıb. O, 2019-cu ildə komandasının Premyer Liqaya yüksəlməsindən sonra 180-dən artıq oyun keçirib.
Mənbə: Report.Az
Comments are closed.