Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına 1,5 milyondan çox zəvvar gəlib

Səudiyyə Ərəbistanına digər ölkələrdən Həcc ziyarətinə gələn zəvvarların sayı 1,5 milyonu keçib.

“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi nümayəndəsi Qassan əl-Nuaymi məlumat verib.

Əl-Nuaymi həmçinin qeyd edib ki, nazirliyin 94 mindən çox əməkdaşı zəvvarların təhlükəsizliyini təmin etmək üçün çalışır.

Qurum rəsmisi bildirib ki, idarə Həcc ziyarəti üçün tələb olunan xüsusi icazənin olub-olmamasını yoxlayan digər dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More