Azərbaycan millisinin üzvü Gümüş Avropa Liqasının ilk oyunlarındakı şansları dəyərləndirib

Azərbaycan millisinin voleybolçusu Mərdan Məmmədov Gümüş Avropa Liqasının ilk turunda keçirəcəkləri oyunlardan öncə şansları dəyərləndirib.

Blokçu bu barədə “Report”a açıqlama verib.

O, qarşılaşacaqları rəqiblərdən İsveç yığmasının daha təcrübəli olduğunu söyləyib:

“Bu il komandamız əsasən gənc oyunçulardan təşkil olunub. Heyətdə bir neçə təcrübəli voleybolçular da var. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Hər kəs həyəcanla oyunları gözləyir. Gürcüstanda keçirdiyimiz hər iki yoxlama görüşündə qalib gəldik. Bu qələbələr bizim üçün çox önəmlidir. Çünki Gürcüstanla Gümüş Avropa Liqasının ilk turunda qarşılaşacağıq. Eyni zamanda meydan sahibləri – İsveç yığması ilə görüşəcəyik. Bu kollektiv daha təcrübəli oyunçulardan təşkil olunub. Ümid edirəm ki, yaxşı oyun göstərib qələbə qazana bilərik”.

Qeyd edək ki, Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi kollektivin rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More