Bu il ilk dəfə Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq

Bu il ilk dəfə olaraq Cəbrayılda qurbanlıq kəsimlər üçün çadırlar qurulacaq.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan (AQTİ) bildirilib.

Məlumat verilib ki, iyunun 6-7-də yəni Qurban bayramı günlərində Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində AQTİ səyyar laboratoriyaları fəaliyyət göstərəcək.

Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More