Tovuzun rayon mərkəzində qətlə yetirilən qadının kimliyi müəyyənləşdirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə zamanı qətlə yetirilən qadının 1970-ci il təvəllüdlü Sevinc Həsənova, xəsarət alanın isə onun qızı, 2000-ci il təvəllüdlü Aliyə Namazova olduğu müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən isə qadının oğlu, 1994-cü il təvəllüdlü, ruhi xəstə olduğu bildirilən Kainat Namazovdur.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Tovuz rayonunda mübahisə zəminində bir nəfər qətlə yetirilib, daha bir nəfər xəsarət alıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayonunda mübahisə zəminində eyni ailəyə məxsus bir qadının qətlə yetirilməsi, digər qadının isə xəsarət almasından sonra onlara məxsus yaşayış evi yandırılıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub yanğın söndürülüb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qətlə yetirilən qadının hadisəni törətməkdə şübhəli bilinən şəxsin anası, xəsarət alanın isə bacısı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Report.Az
Comments are closed.