Lissabon zərgərlik mağazasından bir milyon avro dəyərində zinət əşyaları qarət edilib

Portuqaliyanın paytaxtı Lissabonun mərkəzindəki oteldə yerləşən zərgərlik mağazasına basqın edilib.

“Report”un “CNN Portugal”a istinadən verdiyi xəbərə görə, cinayətkarlar təxminən bir milyon avro dəyərində zinət əşyaları və bahalı saatlar qarət ediblər.

Polisin məlumatına görə, quldurluqda dörd cinayətkar iştirak edib, onlardan biri silahlı olub. Onlar otel işçilərini və qonaqları silahla hədələyərək, polis əməkdaşları gələnə qədər qiymətli əşyaları götürərək skuterlərlə hadisə yerindən qaçıblar.

Qarət hadisəsi səhər saatlarında baş verib və müşahidə kameralarına düşüb. Hüquq-mühafizə orqanları şübhəliləri axtarır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More