ABŞ Böyük Britaniyaya Çinin Londonda yeni səfirlik açması ilə bağlı xəbərdarlıq edib.
“Report” xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Nəşrə ABŞ-nin yüksək rütbəli məmuru deyib: “Birləşmiş Ştatlar Çinin potensial olaraq ən yaxın müttəfiqlərimizdən birinin məxfi məlumatlarına çıxış əldə etməsindən dərin narahatdır”.
Qeyd olunub ki, Çinin gələcək səfirliyinin binası Britaniya paytaxtının iri maliyyə mərkəzləri arasında yerləşir. Yaxınlıqda isə Amerikanın bir neçə data-mərkəzi də var.
Vaşinqton Pekinin məxfi məlumatlara çıxış əldə edə biləcəyindən narahatdır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.