Azərbaycanın yeniyetmə fortepianoçusu Londonda beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanın yeniyetmə fortepianoçusu Londonda beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanın yeniyetmə musiqiçisi, Şəki şəhər 3 saylı Uşaq İncəsənət Məktəbinin 6-cı sinfində təhsil alan 13 yaşlı Ayan Əhmədzadə Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “WORLD TALENT AWARD” beynəlxalq müsabiqəsində fortepiano ifası üzrə ən yaxşı nəticə göstərərək qalib adına layiq görülüb.

Bu barədə “Report”un Şimal-qərb bürosuna A.Əhmədzadənin yaxınları bildiriblər.

Qeyd edək ki, A.Əhmədzadə Şəki şəhər 8 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir. O, 6 ildir fortepiano üzrə musiqi təhsili alır. A.Əhmədzadə bundan əvvəl də beynəlxalq müsabiqələrin qalibi olub.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More