ABŞ-də sərnişin təyyarəsi qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-nin Tennessi ştatında sərnişin təyyarəsi qəzaya uğrayıb.

“Report”un xəbərinə görə, bu barədə CNN ştatın yol patrul xidmətinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, hadisə zamanı təyyarədə 16-20 nəfər olub. Zərərçəkənlərin bəziləri helikopterlərlə yaxınlıqdakı tibb müəssisələrinə təxliyə edilib, digər zərərçəkənlərə isə hadisə yerində yardım göstərilib. Yaralıların dəqiq sayı açıqlanmır.

CNN-in məlumatına görə, qəzaya uğrayan təyyarə paraşütlə tullanmalar üçün istifadə edilib.

Hadisənin təfərrüatı və zərərçəkənlərin sayı dəqiqləşdirilir. Xilasetmə xidmətləri qəza yerində işlərini davam etdirir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More