Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu turnir tarixində UEFA Millətlər Liqasının finalının ən yaşlı iştirakçısı olub.
“Report” xəbər verir ki, hücumçu Liqanın 2024/2025-ci illər mövsümünün final matçında İspaniya millisinin qapısına qol vurub.
Ronaldu Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç (37 yaş 282 gün, 2023-cü ildə İspaniyaya qarşı matçda) və ispan müdafiəçi Xesus Navası (37 yaş 209 gün, eyni matçda) qabaqlayaraq meydana 40 yaşında (40 yaş 203 günlük) daxil olub.
Yarımfinalda Almaniya yığmasına 2:1 hesabı ilə qalib gələn Portuqaliya millisi finalda İspaniya yığmasını məğlub edib. Matçın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə portuqaliyalılar rəqibdən 5:3 hesabı ilə üstün olublar.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.