Polşa Rusiyanın fəallığına görə təyyarələrini havaya qaldırıb

Polşa müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasının fəaliyyəti ilə əlaqədar növbətçi döyüşçü qırıcıları havaya qaldırıb.

“Report” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı “X”də məlumat yayıb.

Məlumata görə, Polşa hava məkanında “Rusiya Federasiyasının Ukrayna ərazisində intensiv hava hücumu ilə əlaqədar” özünün və müttəfiqin təyyarələrini səmaya qaldırıb.

Qeyd edək ki, bazar ertəsi gecə Ukraynanın bütün ərazisində hava həyəcanı elan edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More