Hindistanda ən azı beş nəfər hərəkətdə olan qatardan yıxılaraq ölüb

Hindistanın Maharaştra ştatında hərəkətdə olan qatardan yıxılan ən azı beş nəfər həlak olub, bir o qədər insan isə ağır xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Hadisə Mumbaydan Lakhnauya gedən “Pushpak Express” qatarında baş verib. Qatardakı sərnişinlərin sayı vaqonların tutumundan xeyli çox olub, bu, isə qatar hərəkətdə olarkən qapıların bağlanmasına mane olub. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onlardan beşi reanimasiyada ölüb.

Hindistanın Dəmir Yolu Nəqliyyatı Nazirliyi etiraf edib ki, qatarlardakı sıxlıq sərnişin axınının yüksək olması və nəqliyyat infrastrukturunun kifayət qədər inkişaf etməməsi ilə əlaqədardır ki, bu da vağzallarda sıxlığa, yolboyu antisanitar şəraitə və faciəli hadisələrə səbəb olur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More