AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında olublar

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak ediblər.

“Report” xəbər verir ki, bu, 2024-cü ilin oktyabrında Bakıda keçirilən ilk görüşün davamı olaraq təşkil olunub.

Nümayəndə heyəti Qazaxıstan Futbol Federasiyasının (QFF) inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat” klubunun təlim-məşq bazası və Qazaxıstan milli komandasının təlim-məşq mərkəzi ilə tanış olub.

AFFA əməkdaşları QFF-nin Klubların Lisenziyalaşdırılması Departamenti, Yarışların Təşkili, Qadın Futbolu, Həvəskar Futbol və Sosial Məsuliyyət, Texniki Departament, Kütləvi Futbol və digər struktur bölmələrin əməkdaşları ilə görüşlər keçirib, praktiki təcrübə mübadiləsi aparıblar.

Proqramda UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə meneceri Anna Polatovska da iştirak edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More