Qaxda səkkiz gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini, 1951-ci il təvəllüdlü İsmət Bayram oğlu Mustafayev bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, hadisə iyunun 1-də Qax şəhərinin mərkəzində baş verib.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, ona kəllə-beyin travması diaqnozu qoyulmuşdu.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.